Hindistanın Milli Təhqiqatlar Agentliyi (NIA) ölkənin ABŞ-də bir siqh adamının öldürülməsi ilə bağlı apardığı istintaqın bir hissəsi olaraq Amerika torpaqlarında yaşayan siqh separatçıları haqqında sorğu göndərib.
Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Agentliyin anonimlik şərti ilə əməkdaşı danışıb.
Onun sözlərinə görə, bu iş üzrə kəşfiyyat verilənlərinin mübadiləsi ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey ilə Hindistan rəsmiləri arasında Yeni Dehlidə keçirilmiş görüşlərdə müzakirə olunub.
“Hindistan ABŞ-dən son illərdə separatçı hərəkata qoşulmuş … şübhəli şəxslər haqqında məlumat paylaşmağı istəyib”, – Hindistan rəsmisi bildirib.
O əlavə edib ki, məsələ “hər iki ölkənin daxili təhlükəsizlik qrupları tərəfindən xeyli ətraflı müzakirə olunub”.
Gununsesi.info