Hindistan İran və İtaliyadan yüzlərlə vətəndaşını təxliyə etdi

  • By admin
  • 15 Mart 2020 11:18

Hindistan koronavirus epidemiyası ilə əlaqədar İrandan və İtaliyadan 452 vətəndaşını təxliyə edib.

Gununsesiaz.info RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin başçısı bildirib.

Hindistanın xarici işlər naziri Subramanyan Cayşankar özünün “Twitter”dəki səhifəsində yazıb ki, 131 tələbə və 103 zəvvar daxil olmaqla, İranda qalmış 234 hindli Hindistana gəlib. O, Hindistanın İrandakı səfirliyinə təxliyə üçün köməyə görə təşəkkür edib.

Hindistanın xarici işlər üzrə dövlət naziri Vellamvelli Muralidxaran da öz növbəsində “Twitter”də Milandan 211 tələbə daxil olmaqla, İtaliyadan 218 hindlinin təxliyə edilməsi haqqında yazıb. Ölkə vətəndaşları artıq Dehlidə təyyarədən eniblər.

“Onların hamısı 14 gün karantində qalacaqlar”, – deyə nazir bildirib. Vellamvelli Muralidxaran qeyd edib ki, hökumət çətin vəziyyətə düşmüş vətəndaşlara yardım əli uzatmağa çalışır.

Hindistan hökumətinin son məlumatına əsasən, ölkədə koronavirusa 84 yoluxma qeydə alınıb, virusa yoluxanlardan 10-u sağalıb və xəstəxanalardan evə buraxılıb.

 

 

Gununsesiaz.info