Hindistan ordusunda koronavirus aşkarlandı

  • By admin
  • 18 Mart 2020 13:58

Hindistan ordusunun hərbçisi koronavirusa yoluxub.

Gununsesi.org bildirir ki, NDTV-nin məlumatına görə, virus Ladakx vilayətində yerləşən Leh şəhərində, 34 yaşlı kəşfiyyatçıda aşkar edilib.

Bildirilir ki, hərbçi məzuniyyətdə olduğu zaman İrandan gələn atasından virusa yoluxub.

O, ailəsi ilə birgə karantinə yerləşdirilib.

Qeyd edək ki, indiyə qədər Hindistanda 147 nəfər koronavirusa yoluxub. 4 nəfər bu virusdan ölüb, 14 nəfər isə sağalıb.

Gununsesi.org