Gununsesi.org xəbər verir ki, Hindistanın bəzi böyük şəhərlərində polis cümə axşamı yüzlərlə etirazçını həbs edib. Onlar rəsmilərin yeni vətəndaşlıq qanununa qarşı genişmiqyaslı nümayişlərə tətbiq etdiyi qadağanı pozublar. Qanunun əleyhdarları onun ölkənin sekulyar demokratiyasına hədə olduğunu bildirir.
Müsəlmanları vətəndaşlıqdan kənar qoyan qanuna etirazlar artdığı bir vaxt olkə boyu onlarla nümayiş planlaşdırılıb. Bir çoxlarının hindu millətçilərin rəhbərlik etdiyi hökümətin Hindistanı hindu ölkəsinə çevirmək səyinin bir hissəsi olaraq gördüyü bu qanun layihəsi qəzəbə səbəb olub.
Cənubi Karnataka ştatının paytaxtı Banqalorda həbs olunanlar arasında Hindistanın azadlıq lideri Mohandas Qandinin bioqrafı tarixçı Ramçandra Quha da olub. Ştat höküməti dörd nəfərdən çox insandan ibarət qrupların toplaşmasına qadağa tətbiq edib.
Quha telefonda deyib ki, o, digər saxlanılan insanlarla birlikdə avtobusdadır və polisin onların hara apardığını bilmir.
Yeni Dehlinin ikonik Qırmızı Qalası və ətrafdakı tarixi rayonunda nümayiş keçirərkən həbs olunanlar arasında Swaraj Hindistan partiyasının başçısı Yogendra Yadav olub.
Rəsmilər deyib ki, qalada 100-dən çox insan həbs olunub.
Etirazçılar avtobuslar və digər maşınlara doldurulub. Qalaya aparan əsas yollar bağlanıb və polis piyadaların yaxınlıqdakı məbədlər və alış-veriş mərkəzlərinə getmələrinə icazə verməyib.
Qala ətrafında və Yeni Dehlinin digər hissələrində internet və telefon xidmətləri blok olunub. Hindistanın hüquq-mühafizə orqanları ölkənin digər hissələrində insanların etirazlar təşkil etmələrinin qarşısını almaq üçün bu taktikadan istifadə edir. Lakin paytaxtda nadir hallarda bənzər tədbirlər görülür.
Yeni vətəndaşlıq qanunu hazırda Hindistanda qeyri-qanuni yaşayan amma müsəlmalnların çoxluq təşkil etdiyi Banqaldeş, Pakistan və Əfqanıstanda dini zəmində təqiblə üzləşdiklərini sübut edə bilən hindular, xristianlar və digər dini azlıqlara şamil olunur.
Tənqidçilər deyir ki, bu qanun baş nazir Narendra Modinin millətçi hindu hökümərinin Hindistanın 200 milyon müsəlman əhalisini təcrid etmək səylərinin bir hissəsidir.
Modi isə bunun humanitar jest olduğunu söyləyir.
Gununsesi.org