“Hindistan şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır” - SƏFİR

  • By admin
  • 21 Noyabr 2019 19:42

Hindistan Sənaye Konfederasiyasının Azərbaycana səfəri ilə bağlı bu gün Bakıda Azərbaycan-Hindistan biznes simpoziumu keçirilib.

Gununsesi.org xəbər verir ki, tədbiri giriş sözü ilə Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna açıb.

“Hindistan şirkətləri Azərbaycanda əməkdaşlıqda maraqlıdır. Nümayəndə heyətinə turizm, ticarət, təhsil, enerji sahəsində fəaliyyət göstərən şirkətlər daxildir. Azərbaycan Hindistanın ixracında 4-cü ölkədir, ixracımızın 5,5%-i Azərbaycanın payına düşür. Əczaçılıq, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ötən il Hindistandan Azərbaycana 40 min turist gəlib. Bu rəqəm ilbəil artır”, – səfir qeyd edib.

Gununsesi.org