Ermənistanın müdafiə naziri David Tonoyan Hindistanın Ermənistandakı səfiri Kişan Dan Devalı qəbul edib.
Gununsesi.org xəbər verir ki, görüş zamanı Ermənistan-Hindistan ikitərəfli müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər hərbi-texniki, hərbi-təhsil, kadr hazırlığı, sülhməramlılıq, hərbi tibb və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəlib.
Bir neçə ay öncə Ermənistanın Hindistandan raket kompleksləri və digər hərbi texnikaların alacağı ilə bağlı xəbər yayılmışdı.