
Hindistan Ukrayna prezidentini G20 sammitinə dəvət etməyib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Hindistanın xarici işlər naziri Subramanyam Caişankar brifinqdə çıxış edərkən, Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrda keçiriləcək G20 sammitinə dəvət etmədiyini bildirib.
Qeyd edək ki, G20 tədbiri Yeni-Dehlidə keçiriləcək.
“Bizim fikrimizcə, G20 sammitində G20-yə üzv dövlətlər və dəvət etdiyimiz ölkələr və təşkilatlar iştirak edir” . Jaishankar, dəvətlilərin siyahısının G20-yə sədrlik qəbul edildikdən sonra açıqlayacağını bildirib.
Hindistanlı nazir deyib ki, Ukraynanın iştirakı heç kimlə müzakirə olunan məsələ deyil.
Tərcümə
Şəbnəm
Gununsesi.info