Hindistana ilk S-400 sistemi VERİLDİ

  • By admin
  • 14 Noyabr 2021 21:52

Rusiya Hindistana S-400 zenit-raket komplekslərinin ilk partiyasını təhvil verib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev Dubayda keçirilən aerokosmik sərgidə məlumat yayıb.

Hindistana raket kompleksinin çatdırılmasını ehtiva edən müqavilə 2018-ci ildə imzalanıb.

Çinlə sərhəd münaqişələri olan Hindistanın Rusiya ilə bağladığı müqavilənin ümumi dəyəri 5.5 milyard dollardır.

Gununsesi.info