Hindistana məxsus təyyarə uçuş-eniş zolağından çıxıb - yaralılar var

  • By admin
  • 27 Dekabr 2016 11:48

airport_280812

Hindistanın Qoa ştatında “Jet Airways” aviaşirkətinə məxsus təyyarə uçuş-eniş zolağından çıxıb.

Gununsesi.info bu barədə “lenta.ru” saytına istindən xəbər verir.

Məlumata görə, içərisində 161 nəfər – 154 sərnişin və 7 heyət üzvü olan təyyarə uçuşa qalxarkən idarəetməni itirərək zolaqdan çıxıb.

Sərnişinlərin təxliyə olunması zamanı 12 nəfər xəsarət alıb. Qəzanın baş vermə səbəbləri məlum deyil.

Gununsesi.info