Hindistana məxsus tanker yoxa çıxıb

  • By admin
  • 03 Fevral 2018 18:15

Göyərtəsində 22 dənizçinin olduğu Hindistana məxsus tanker yoxa çıxıb.

Gununsesi.info xəbər verir ki, 48 saat əvvəl, gəmi Benin sahillərində olarkən onunla əlaqə itib.

“Marine Express” gəmisi ümumi dəyəri 8,1 milyon dollar olan 13,5 min ton yanacaq aparırmış.

Ehtimal olunur ki, gəmi dəniz quldurları tərəfindən ələ keçirilib. Lakin bu versiya hələ ki təsdiqini tapmayıb. Hindistan hökuməti Benin və Nigeriyanın müvafiq qurumlarına tankerin tapılmasında yardım etmələri üçün müraciət edib.

Gununsesi.info