
Hindistan Hava Qüvvələrinə aid 2 döyüş təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay Madya Pradeş bölgəsindəki Morena səmtində yaşanıb.
“Su-30 “və “Mirage” tipli təyyarələrin qalıntılarını tapmaq mümkün olub.
Təlim məqsədli qalxış edən təyyarələrin qəzaya uğraması zamanı pilotların yaralandığı bildirilir.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Tərcümə: Arzu Sayadoğlu