Hindistanın Bihar ştatının müxtəlif yerlərində ildırım vurmaları nəticəsində 23 nəfər ölüb, 10 nəfər yaralanıb.
Gununsesi.org bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Yerli səlahiyyətlinin verdiyi məlumata görə, ölənlərdən 13-ü ştatın paytaxtı Patna şəhəri yaxınlığındakı Qopalqanc rayonunda fermalarda işləyənlər olub. O, yaralıların hamısının xəstəxanada müalicə edildiyini də söyləyib.
Gununsesi.org