Hindistanda avtobus qəzaya uğrayıb, 10 nəfər ölüb

  • By arzu
  • 18 Noyabr 2019 11:05

Hindistanda avtobus və yük maşınının toqquşması nəticəsində azı 10 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Yerli polisin bildirdiyinə görə, qəza Racasthan şəhərində baş verib.

Gununsesi.org