Hindistanda Beynəlxalq Qadınlar Günü boykot edildi

  • By admin
  • 07 Mart 2018 23:42

Hindistada zərgərlik markası “PC Chandra Jewelers” #UncelebrateWomensDay haşteqi ilə 8 mart qadınlar bayramı ilə bağlı kampaniyaya başlayıblar.

Bu barədə “The Drum” yazır.

“PC Chandra Jewelers” şirkətinin rəsmisi isə deyib ki, onlar 8 martın qeyd olunmasına qarşı deyillər. Onlar 8 martın ildə bir dəfə qeyd olunmasını boykot edirlər. Şirkətin rəsmisi deyib ki, qadınlar günü təkcə ildə bir dəfə deyil, hər gün insanlara xatırlatmalıdırlar.

Aksiya onlayn kanallarda #UncelebrateWomensDay ilə paylaşılır. Qadınlardan da tələb edilir ki, kişi və qadınlar arasında həqiqi bərabərlik əldə edilənə qədər 8 mart qadınlar gününü boykot etsin.

Kampaniyanın təşəbbüskarları düşünür ki, Hindistanda 8 Mart qadınlar bayramının qeyd edilməsinə qəribə baxırlar. Ölkədə qadınların adi hüquqlarına belə riayət edilmir. Kampaniyanı ərsəyə gətirənlər düşünür ki, 8 mart qadınlar bayramını qeyd etməkdənsə, Hindistanda qadınları hüquqları sahəsində ciddi dəyişikliklərə getsinlər.

Kampaniya JWT, Kalkuttada hazırlanıb.

Gununsesi.info