Hindistanda son sutkada 11 400-dən çox insan koronavirusa yoluxub.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da Hindistanda COVID-19-a yoluxanların sayı 308 993-ə yüksəlib.
Qeyd olunub ki, son sutkada Hindistanda infeksiyadan 396 nəfər ölüb. Bununla da pandeymiya qurbanlarının sayı 8 498 nəfərə yüksəlib.
Xatırladaq ki, hazırda Hindistan dünya üzrə koronavirusa yoluxanların sayına görə dördüncü yerdədir. İlk üçlükdə isə ABŞ, Braziliya və Rusiyadır.