Hindistanda bir gündə 4 231 nəfər COVID19-a yoluxdu

  • By admin
  • 11 May 2020 10:14
Hindistanda son sutkada 97 nəfər koronavirusdan ölüb.
Gununsesi.org xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.
Bununla da, infeksiyadan ölənlərin sayı 2 206-ya çatıb. Son sutkada 4 231-dən çox insan virusa yoluxub. Ölkədə, ümumilikdə 67 152yoluxma faktı qeydə alınıb.
Son sutkada 1 559 nəfər sağalıb. Ölkə üzrə sağalanların sayı 20 916-ya yüksəlib. Hazırda 44 029 pasiyent xəstəxanalarda müalicə alır.
Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 17-dək uzadıb.
Gununsesi.org