
Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ötən gün ərzində ölkədə koronavirusa 392 488 yoluxa faktı qeydə alıb, xəstələnənlərin ümumi sayı 19 557 457-yə çatıb.
Bu barədə Gununsesi.info TASS-a istinadən xəbər verir.
Son 24 saat ərzində koronavirus qurbanlarının sayı rekord sayda – 3 689 nəfər artıb və 215 542 nəfər təşkil edib. Daha əvvəlki anti-rekord aprelin 29-da qeydə alınmışdı (3 645 ölüm halı).
Eyni zamanda, son sutka ərzində koronavirusdan sağalanların sayı 307 865 nəfər artıb və 15 992 271-ə çatıb.
Ölkədə 3 349 644 aktiv koronavirus xəstəsi var ki, bu da ötən sutka ilə müqayisədə 80 934 nəfər çoxdur.
Gununsesi.info