Hindistanda COVID-19-dan ölənlərin sayında növbəti rekord

  • By admin
  • 02 May 2021 12:28

Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ötən gün ərzində ölkədə koronavirusa 392 488 yoluxa faktı qeydə alıb, xəstələnənlərin ümumi sayı 19 557 457-yə çatıb.

Bu barədə Gununsesi.info  TASS-a istinadən xəbər verir.

Son 24 saat ərzində koronavirus qurbanlarının sayı rekord sayda – 3 689 nəfər artıb və 215 542 nəfər təşkil edib. Daha əvvəlki anti-rekord aprelin 29-da qeydə alınmışdı (3 645 ölüm halı).

Eyni zamanda, son sutka ərzində koronavirusdan sağalanların sayı 307 865 nəfər artıb və 15 992 271-ə çatıb.

Ölkədə 3 349 644 aktiv koronavirus xəstəsi var ki, bu da ötən sutka ilə müqayisədə 80 934 nəfər çoxdur.

Gununsesi.info