Hindistanda daha bir rus qırıcısı qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-21 təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Hindistan Hava Qüvvələri tviter səhifəsində yazıb.

HTML tutorial

Hadisə “MiQ-21” təyyarəsinin təlim uçuşu zamanı baş verib.

Qəza Hindistan-Pakistan sərhədinə yaxın Racastan ştatında qeydə alınıb. Təyyarənin pilotu hadisə nəticəsində həlak olub.

Qeyd edək ki, bu, 2021-ci il ərzində Hindistanda “MiQ-21″in iştirakı ilə baş verən beşinci qəzadır.

Gununsesi.info