Hindistanın şimal-şərqindəki əyalətdə daşqın baş verib.
Gununsesi.info xəbər verir ki, bu haqda “Hindustan Times” məlumat yayıb.
Əyalətin Dövlət Fəlakət İdarəetmə İdarəsinin baş direktoru Prabhakar Rai qeyd edib ki, yerli vaxtla saat 22:00 radələrində Laçen bölgəsində suyun səviyyəsi qəfil qalxıb və daşqın olub.
Rəsmilər ilkin məlumatlara görə, seldə 14 nəfərin həyatını itirdiyini, 23-ü əsgər olmaqla 120 nəfərin itkin düşdüyünü açıqlayıb.
Gununsesi.info