Hindistanın şimal-şərqindəki Sikkim əyalətində daşqınlar nəticəsində azı 30 nəfər, o cümlədən 23 hind əsgəri itkin düşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti Sikkim ştatının təbii fəlakətlərin idarə olunması idarəsinin baş direktoru Prabhakar Raiyə istinadən məlumat yayıb.
Rainin sözlərinə görə, yerli vaxtla saat 22:00 radələrində Laçen ərazisində suyun səviyyəsi qəfil qalxmağa başlayıb və bu da daşqınlara səbəb olub.
“İlkin məlumatlara görə, 7 nəfər itkin düşənlər siyahısındadır”, – Rai bildirib.
Bu arada Hindistan Ordusu verdiyi açıqlamada daşqınlardan sonra 23 hərbçinin itkin düşdüyünü bildirib.
Bundan əlavə, Banqladeşin bəzi bölgələrində daşqın xəbərdarlığının edildiyi bildirilir.
Səlahiyyətlilər daşqının “buzlaq gölün sızması” nəticəsində baş verdiyini güman edir və məsələni araşdırır.
Səid Əhmədli
Gununsesi.info