Hindistanda dini festivalda 6 nəfər öldü

  • By Günel
  • 09 Yanvar 2025 08:55

Hindistanın cənub-şərqindəki Andhra-Pradeş ştatındakı Tirumala Venkateşvara məbədində hinduların dini festivalına bilet almaq üçün növbədə yaranan izdiham nəticəsində azı 6 nəfər ölüb, 40-a yaxın insan yaralanıb.

Gununsesi.info “The Tribune”a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat yayıb.

Yanvarın 10-da başlayacaq festivala yüzlərlə dindar gəlib. Məbəd kompleksinin qapıları açılanda isə güclü sıxlıq yaranıb. Təxminən 40 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, ölənlərdən yalnız bir nəfərin şəxsiyyəti müəyyən edilib.(“Report” )

Gununsesi.info