Hindistanda fabrikdə partlayış baş verib, 7 nəfər ölüb

Hindistanın Uttar-Pradeş bölgəsində yerləşən fabrikdə partlayış baş verib.

Gununsesi.org  “Hindustan Times” nəşrinə istinadən bildirir ki, partlayış nəticəsində 7 nəfər ölüb.

Yerli sakinlərin dediyinə görə, təxminən 20-25 nəfər fabrikdə partlayıcı oyuncaq düzəldiblər. Yanğının da bu səbəbdən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma gedir.

 

 

Gununsesi.org