Hindistanda FACİƏ: Çoxlu sayda insan öldü

  • By admin
  • 07 May 2020 13:58

Hindistanın cənubundakı Visakhapatnam şəhərində kimya zavodunda qaz sızması nəticəsində azı 9 nəfər həlak olub.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, 1000 nəfərə yaxın şəxs müxtəlif xəstəxanalara yerləşdirilib.

Ölü sayının daha çox olacağı ehtimal edilir.

Zavod yaxınlığındakı yaşayış bölgələrində təxliyə aparılır. Evlərdə huşsuz vəziyyətdə qalanların olduğu deyilir.

Qeyd olunur ki, qaz sızması koronavirus pandemiyası ilə əlaqədar hazırda bağlı olan “LG Polymers” zavodunda baş verib. Zavodda işləyənlər olmadığı üçün sızmanın qarşısını qısa müddətdə almaq mümkün olmayıb.

Gununsesi.org