Hindistanın Madhya Pradeş ştatında fişəng fabrikində partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, partlayış nəticəsində 11 nəfər ölüb, 65 nəfər yaralanıb.
Yanğının söndürlməsi işləri isə 50-dən çox xilasetmə ilə davam edir. Çox sayda insanın fabrikdə köməksiz qaldığı bildirilib.
Partlayış nəticəsində ətrafdakı evlərə və mağazalara ziyan dəyib.
Gununsesi.info