Hindistanda iki qatar toqquşub, ölənlər var

  • By ilhame
  • 29 Oktyabr 2023 19:58

Hindistanın cənubunda sürətli qatarın hərəkətsiz qatarla toqquşması nəticəsində azı 3 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Sərnişin qatarı Andhra Pradeş ştatının Vizaq şəhərindən Rayaqaduya gedirmiş. Qatar üst kabelin qırılması səbəbindən dayanıb, daha sonra sürətli qatar ona çırpılıb. Zərbə nəticəsində üç vaqon relsdən çıxıb.

Gununsesi.info