Hindistanda ilk “sarı göbələk” xəstəsi vəfat edib

  • By admin
  • 30 May 2021 18:02

Hindistanda əvvəlcə koronavirusa yoluxan, müalicə zamanı isə orqanizmində həm qara, həm ağ və həm də ilk dəfə olaraq, sarı göbələk xəstəliyi müəyyən edilən şəxs vəfat edib.

PTI agentliyinin məlumatına görə, hadisə Nyu-Dehli yaxınlığındakı Qəziabad şəhər xəstəxanasında qeydə alınıb.

59 yaşlı Kuanvar Sinqxin orqanizmindəki göbələklərin endoskopiya zamanı üzə çıxdığı bildirilib. Onun üç növ göbələk nəticəsində bədəninin toksinlərdən zəhərlənərək öldüyü qeyd olunub.

Gununsesi.info