Hindistanın Maharaştra ştatının Nasik rayonunda kimyəvi zavodda partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, partlayış nəticəsində azı bir nəfər ölüb, 17 nəfər yaralanıb.
Partlayış o qədər güclü olub ki, yaxınlıqdakı kəndlərdə eşidilib, yanğın və tüstü uzaqdan görünüb.
Hazırda fabrikdən 19 nəfər xilas edilib, onlardan 17-si yerli klinikaya yerləşdirilib, yaralılardan dördünün vəziyyəti ağırdır.
Gununsesi.info