Hindistanda kimya zavodunda reaktor partlayıb, ölənlər var

  • By ilhame
  • 03 Aprel 2024 19:03

Hindistanın cənubundakı Telanqana əyalətindəki kimya zavodunda güclü reaktor partlayışı baş verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

 

Məlumata görə, azı 5 nəfər həlak olub, daha 8-10 nəfər dağıntılar altında qalıb.

 

Bildirilib ki, partlayış zamanı binada 50-yə yaxın insan olub.

 

Stansiyada daha bir reaktorun partlaya biləcəyi ilə bağlı qorxular var. Yaxınlıqdakı ərazilərdən insanların təxliyəsinə başlanılıb.

Gununsesi.info