Hindistanda koronavirus səbəbindən məktəblər və digər müəssisələr bağlanacaq

  • By admin
  • 28 Dekabr 2021 20:17

Dehli meriyası COVID-19-a yoluxmanın artması səbəbilə məktəblərin və digər təhsil müəssisələrinin, kinoteatrların, qiraətxanaların, idman komplekslərinin və idman klublarının bağlanması barədə qərar qəbul edib. Şəhər sakinlərinin yalnız küçədə yoqa ilə məşğul olmasına icazə verilib.

Gununsesi.info bu barədə “The Times of India”ya istinadən xəbər verir.

Mağazaların iş vaxtı qısaldılıb. Hotellər fəaliyyətini davam etdirsə də, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Toy və dəfn mərasimlərinə 20 nəfərdən çox adamın gəlməsinə icazə verilmir.

Qeyd edək ki, indiyədək Hindistanda 671 nəfər “omikron” ştamına yoluxub. Təkcə son sutkada bu ştama 63 yoluxma qeydə alınıb.

Ümumilikdə, ölkə üzrə koronavirusa 34,8 milyon yoluxma qeydə alınıb. İnfeksiyaya yoluxmuş 480 290 nəfər ölüb.

Gununsesi.info ‎