Hindistanda körpü uçdu: yüzlərlə insan çaya düşdü

  • By admin
  • 30 Oktyabr 2022 19:51

Hindistanın Qucarat ştatında körpü uçub.

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində yüzlərlə insan çaya düşüb.

Bildirilir ki, azı 32 nəfər ölüb, çoxlu sayda itkin düşən və yaralı var.

Hadisə Maççxu çayı üzərindəki Morbi körpüsündə baş verib. Körpü 140 il əvvəl tikilib, daha sonra bərpa edilib və cəmi dörd gün öncə ziyarətçilər üçün açılıb.

Gununsesi.info