Hindistanda onlarla şagird soyunmağa məcbur edildi

  • By admin
  • 18 Fevral 2020 20:57
Hindistanda ölkədəki bir dini məktəbə gedən onlarla litsey şagirdinin menstruasiya olmadıqlarını sübut etmək üçün soyunmağa məcbur olunduqları ortaya çıxıb. 
Gununsesi.org xəbər verir ki, ölkənin qərbindəki Qucarat əyalətindəki bir yataqxanada yaşayan lisey şagirdləri qadın müəllimlərinə menstruasiya olmadıqlarını sübut etmək üçün alt paltarlarına qədər soyunmağa məcbur edildiklərini söyləyərək rəhbərlikdən şikayət ediblər.
Bhuj şəhərindəki yataqxanada 68 gənc qadının zorla ayaqyoluna aparıldıqları və menstruasiya olmadıqlarını göstərmək üçün tək-tək soyunmağa məcbur edildikləri bildirilib.
Hadisə ilə bağlı şikayət edən qadınlar güclü və muhafizəkar  bir hindu grupu olan “Svaminarayan” təriqətinə mənsub Şree Sahajanand Qızlar İnstitutunun tələbələridir.
Qeyd edək ki, rəhbərliyin qaydalarına görə, menstruasiya olan qadınlar yemək yeyərkən hamıdan uzaq oturmalı, öz qablarını yuduqdan sonra sinfin ən arxa sırasında əyləşməlidirlər.
Gununsesi.org