Hindistanda oteldə yanğın olub, 7 nəfər ölüb

  • By admin
  • 09 Avqust 2020 12:24

Bu gün Hindistanın Vicayvade şəhərində yeni növ koronavirusa (COVİD-19) yoluxan xəstələrin saxlanıldığı “Svarna palas” otelində yanğın olub.

Gununsesi.info-nun NDTV telekanalına istinadən verdiyi məlumata görə, ən azı 7 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 3-nün durumu ağırdır.

Yanğın başlayan zaman xəstələrin bəziləri özlərini binadan atıb. Oteldə ümumilikdə 22 xəstə olub.

İlkin məlumata görə, yanğına səbəb elektrik xəttində qısaqapanma olub.

 

 

Gununsesi.info