
Hindistanın şimalında yerləşən Kanpur şəhərinin yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşıb.
Gununsesi.info-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 91 nəfər həlak olub, ən azı 10 nəfər xəsarət alıb.
Qeyd olunur ki, qəza zamanı sərnişinlərin əksəriyyəti yatıb.
Xilasedicilər hadisənin baş verdiyi ərazidə işlərini davam etdirirlər.
Hindistanın baş naziri Narendra Modi Tvitter hesabında faciə ilə bağlı xalqa və qurbanların ailələrinə başsağlığı verib.
Gununsesi.info