Hindistanda qeyri-adi boşanma - ARVAD ƏRİNDƏN TUALETƏ GÖRƏ AYRILDI

  • By admin
  • 21 Avqust 2017 15:24

22

Hindistanda ilk dəfə olaraq qeyri-adi boşanma faktı qeydə alınıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Hindistanın Rajasthan əyalətində baş verib.

Belə ki, 5 ildir ailə quran qadın evdə sanitar qovşağı (tualet) problemi səbəbiylə həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə qadının iddasını haqlı sayaraq, boşanmaq barədə qərar qəbul edib.

Məhkəmənin gedişi zamanı hakim zalda əyləşən qadının həyat yoldaşına deyib ki, siqaret, içki və telefon almağa gəlincə pul xərcləyirsən: “Amma ailəvin nüfuzunu qorumaq üçün sanitar qovşağı tikdirməkdən imtina edirsən. Kənddə yaşayan qadın təbii ehtiyaclarını qarşılamaq üçün günəş batmasını gözləməli olur. Bu sadəcə qadına verilən fiziki işgəncə deyil, eləcə də onun hisslərinə nüfuz etməkdir”.

Qeyd edək ki, Hindistan qanunlarına görə, qadın iki halda boşana bilər. Belə ki, qadın ailə daxilində zorakılığa məruz qalarsa və ya qadının səhv bir addım atdığı sübuta yetirilərsə.

Anar

Gununsesi.info