Hindistanda qeyri-adi “cinayət” - EŞŞƏKLƏR HƏBS EDİLDİ

  • By admin
  • 29 Noyabr 2017 09:15

Hindistanın Uttar-Pradeş ştatında eşşək dəstəsi dörd gün müddətinə həbsxanaya salınıb.

Gununsesi.info xəbər verir ki, heyvanlar həbsxana binası yaxınlığındakı bahalı bitkiləri yedikləri üçün “həbs edilib”.

Həbsxana rəhbəliyi qeyd edib ki, dəfələrlə eşşək sahibinə bu barədə xəbərdarlıq edilsə də, o, yenə heyvanları orada otarmağa davam edib.

Qeyd olunur ki, eşşəklər nüfuzlu siyasətçinin müdaxiləsindən sonra “azad edilib”.

Gununsesi.info