Hindistanda seçki matəmə döndü – 12 ölü

  • By admin
  • 15 May 2018 13:40


Hindistanın şərqindəki Qərbi Benqaliya ştatında keçirilən yerli seçkilər zamanı 12 nəfər həlak olub.

Trend-in məlumatına görə, səsvermə prosesi zamanı rəqib partiyaların tərəfdarları arasında iğtişaşlar qeydə alınıb.

Qeyd olunur ki, iğtişaşlar etnik zəmində, eləcə də kastalar zəminində baş verib. Seçkilərin dinc şəraitdə davam etməsi üçün ştat ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Gununsesi.info