Hindistanda aramsız yağan Musson yağışları sel faciəsinə səbəb olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində son 1 həftədə 85 nəfər ölüb.
Selin daha güclü olduğu Qucarat ştatında 37 nəfər ölüb. 36 min nəfər təhlükəsiz ərazilərə təxliyyə edilib.
Musson yağışlarının başladığı iyun ayından etibarən isə ümumilikdə 120 nəfər ölüb.
Qeyd edək ki, yağışların sentyabrın sonuna qədər davam edəcəyi bildirilir.
Gununsesi.info