Hindistanda təyyarə qəzaya uğradı - ÖLƏN VƏ YARALANAN YOXDUR

Hindistan Hərbi-Hava Qüvvələrinə məxsus “MiQ-21” tipli təyyarə təlim zamanı qəzaya düşüb.

Gununsesi.org-un xəbərinə görə, qəza Madhya-Pradeş ştatında yerləşən “Qvalior” aviabazasının yaxınlığında baş verib.

Məlumata görə, təyyarə aviabazadan səmaya qalxdıqdan bir neçə sonra qəzaya düşüb.

 Hər iki pilot uğurla katapult edə bilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org