Hindistanda tələbələr selfi çəkdirərkən qatarın altında qalıb

  • By admin
  • 03 Oktyabr 2017 23:25

13e16495-5461-447f-b46e-5ffed997d2f0
Hindistanda üç tələbə dəmir yolunda selfi çəkdirmək istəyərkən qatarın altında qalaraq ölüb.
“Report”un məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə ölkənin cənubunda, Karnataka ştatında, Banqalor şəhərindən 30 kilometr cənubda baş verib. Ölənlərin institut tələbələri olduqları bildirilir. Həlak olanların 16, 18 və 20 yaşları var.
Polis dəmir yolunda iki motosiklet və həlak olanların çantalarını tapıb.

Gununsesi.info