Hindistanda terrorçuların hərbi düşərgəyə hücumu zamanı 17 hərbçi ölüb

  • By admin
  • 18 Sentyabr 2016 13:53

download-4

 

Hindistanın Cammu və Kaşmir ştatlarında silahlı şəxslərin hərbi düşərgəyə hücumu zamanı 17 hərbçi ölüb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, bu barədə “ANI” agentliyi xəbər yayıb.

Hücum yerli vaxtla saat 05:30-da baş verib. Məlumata görə, atışma zamanı 4 silahlı məhv edilib.

Ölkənin müdafiə naziri Manohar Parrikar və ordunun baş qərargah rəisi, general Dalbir Sinqx Suxaq Kaşmir vilayətinə səfər etmək niyyətindədirlər. Qeyd edək ki, hadisə ilə əlaqədar ordunun baş qərargah rəisinin Rusiyada bu gün planlaşdırılan səfəri qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Gununsesi.info