Hindistanda transformator partladı – 15 nəfər can verdi

  • By admin
  • 19 İyul 2023 22:10

Hindistanda faciə yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, elektrik transformatorunun partlaması zamanı 15 nəfər can verib.

Təmizləmə təsisində yaşanan olay zamanı 6 nəfər yaralanıb.

Olay Hindistanın Uttarkand bölgəsində Qanq çayını qorumaq üçün qurulan kanalizasiya sisteminə bağlı elektrik trasfarmatorunun partlaması ilə baş verib.

Qanlı hadisə ilə bağlı araşdırmalar başladılıb.

Tərcümə: Arzu

Gununsesi.info