
Hindistanın Uttarakhand əyalətində tikilməkdə olan tunelin bir hissəsinin çökməsi nəticəsində 40 işçi sıxılmış vəziyyətdə qalıb. Qazma maşınlarının zədələnməsi nəticəsində xilasetmə işləri yeddinci gün dayandırılıb.
Gununsesi.info xəbər verir ki, iş zamanı tunelin içindən gələn çatlama səsi səbəbindən qazma maşınının xarab olduğunu müəyyən edən səlahiyyətlilər xilasetmə işlərini dayandırıb.
Səlahiyyətlilər işin qaldıqları yerdən davam etməsi üçün bölgəyə yeni maşınların gəlməsini gözlədiklərini bildirib.
Fəlakət idarəsinin rəsmisi Devendra Patval bildirib ki, dağıntıların təmizlənməsi səyləri indiyədək 24 metr irəliləyib. Patval işçilərin təxminən 60 metr dərinlikdə olduğunu təxmin edir.
Hindistanda tikilməkdə olan tunelin bir hissəsi noyabrın 12-də yol işləri zamanı uçub.
Səlahiyyətlilər ən azı 40 işçinin dağıntılar altında qaldığını, işçilərə oksigen və qidanın boru vasitəsilə çatdırıldığını bildirib.
Dağıntılar altında olan işçilərin bəzilərinin səhhətində problemlər yarandığı bildirilib.
Gununsesi.info