Hindistanda zəlzələ olub

Hindistanda 5,5 maqnitudalı zəlzələ baş verib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakətin episentri 25 minə yaxın insanın yaşadığı Padam şəhərindən 25 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.

Dağıntı və insan itkiləri barədə məlumat yoxdur.

 

 

Gununsesi.info