
Hindistan ballistik raket sınağı edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Müdafiə Nazirliyi ballistik raket “Agni-1″in sınağını uğurla gerçəkəşdirdiyini bildirib.
Nazirliyin açıqlamasında ballistik raket sınağı buraxılışının Strateji Qüvvələr Komandanlığı tərəfindən Odişa bölgəsindəki APJ Abdul Kalam Adasından gerçəkləşdirildiyini bildirib.
Raketin göylərə buraxılmasının uğurlu olduğubildirilən açıqlamada “Aqni-1″in hədəfləri olduqca yüksək bir həssasiyyətlə vura bilən isbat edilmiş bir sistem olduğu” vurğulanır.
Tərcümə: Arzu Sayadoğlu