Hindistandan möhtəşəm yenilik: Suyun altındakı qayıqları vura biləcək ballistik raket sınağı etdi

  • By admin
  • 20 Yanvar 2020 13:36

Hindistan sualtı qayıqlar üçün nəzərdə tutulmuş K-4 ballistik raketinin uğurlu sınağını keçirib.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən “ANI” xəbər agentliyi məlumat yayıb .

Məlumata görə, raket Benqal körfəzinin Andhra-Pradeş ştatı sahillərində suyun altından atılıb. Digər sınaq təfərrüatları hələlik barədə məlumat verilməyib.

K-4 – müxtəlif tipli döyüş başlıqlarını, o cümlədən nüvəni daşıya bilən orta mənzilli ballistik raketdir. Raketin maksimal məsafəsi 3500 km-dir.

Gununsesi.org