“Hindistanın Ermənistana silah axını sülhə təhdiddir” -HƏRBİ ESKPERT

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu yaydığı məlumatda bildirilib ki, yayıb.  2022-2024-cü illərdə Hindistanın silah ixracının 43%-i Ermənistana həyata keçirilib. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb. 

Nəşr yazır ki, 2016-2018-ci illərdə bu göstərici sıfıra bərabər olub və iki ölkə arasında silah satışı prosesi aparılmayıb. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, İrəvan son illərdə Dehlidən silah və texnikanın alınmasına 600 milyon dollar xərcləyib.

Gununsesi.info bildirir ki, məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Hindistanın 21 min fərariyə malik Ermənistana silah ötürməsi Cənubi Qafqaza çoxdan gözlənilən sülhə mane olacaq:

“Çünki bu təchizat  yenidən münaqişənin alovlanmasına, ardınca isə Hindistan silahlarının da növbəti paradların birində hərbi qənimət kimi Ali Baş Komandan İlham Əliyevə təqdim olunmasına və Hərbi Qənimətlər Parkının eksponatına çevrilməsinə səbəb ola bilər. Sonda Xəzər sahilində gəzməyə yer qalmayacaq”.

 

Günay

Gununsesi.info