Hindistanın Respublika Günü Bakıda qeyd olunub - FOTOLAR

  • By admin
  • 26 Yanvar 2022 22:58

Bu gün Bakıda Hindistanın Respublika Günü qeyd edilib.

Gununsesi.info xəbər verir ki, “Four seansons” hotel-də baş tutan tədbirdə Azərbaycan hökümətinin nümayəndələri, Milli Məclisin deputatları və media nümayəndələri iştirak edib.

Təbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Azərbaycan-Hindistan əlaqələrinin əhəmiyyətindən danışıb. Səfir Azərbaycan və Hindistan xalqlarının bir-birinə dost və tərəfdaş olduğlarını bildirib. Səfir daha sonra çıxışında Milli Turizm Gününün əhəmiyyətindən danışıb, turizm sektorunun Hindistanın iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. O, qeyd edib ki, quru əraziləri və su hövzələrini əhatə edən turizm məkanlarının geniş müxtəlifliyi, zəngin milli irsi və tarixi, coğrafi və mədəni müxtəlifliyi Hindistanı dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevirib və bu atributlar dünyanın hər yerindən turistləri ölkəyə cəlb edir, eləcə də onlara yaddaqalan hisslər yaşadır.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov da mərasimdə iştirak edib. Nazir müavini Azərbaycan-Hindistan münasibətlərinin qədim tarixi köklərinin olduğunu qeyd edib. Onun sözlərinə görə, hər iki xalqın arasında əsirlərə söykənən bağlılıq var:

“Azərbaycan müstəqillik əldə etdikdən sonra Hindistanla münasibətlər qurub. Bu münasibətlər ötən illərdə inkşaf edib. Fevral ayında biz Hindistan ilə olan münasibətlərimizin 30 illiyini qeyd edəcəyik”.

 

 

Gununsesi.info