Hindistanın şimalında tunel çöküb, azı 36 işçi dağıntılar altında qalıb

  • By ilhame
  • 12 Noyabr 2023 13:39

Hindistanın şimalındakı Uttarakhand ştatında tikilməkdə olan nəqliyyat tuneli çöküb, azı 36 işçi dağıntılar altında qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.

Hadisə yerində polis və Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvəsinin bir qrupu işləyir.

Dağıntılar altında qalanların sağ olub-olmadığı məlum deyil.

Gununsesi.info