Hindistanlı alim Azərbaycanın “Şimal-Cənub” dəhlizindəki rolundan yazdı

  • By admin
  • 06 İyun 2017 12:24

hriday

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində araşdırmalar aparan Hindistanın “Global South Development Magazine” nəşrinin tədqiqatçısı Hriday Sarmanın, İİTKM-nin Strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova ilə birlikdə hazırladıqları “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi: Azərbaycan yolayrıcında” adlı məqaləsi Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalında dərc edilib.

Gununsesi.info-nun xəbərinə görə, məqalədə bildirilir ki, Azərbaycanın bu layihədə iştirakı region üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın coğrafi və potensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq bu istiqamətdə mövcud nəqliyyat infrastrukturunun bərpası, inkişaf etdirilməsi və yeni nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsi tədbirlərinə başlanılmış və hal-hazırda da davam etdirilir.

Məqalədə Azərvaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinə və bu çərçivədə görülən işlərə xüsusi toxunulub. Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması İran, Hindistan və Pakistan mallarının Azərbaycan üzərindən bu dəhliz vasitəsi ilə Avropaya daşınması imkanı yaradacaq. Bu isə öz növbəsində dünyada tərəqqiyə, regional ticarət dövriyyəsinin dəfələrlə artmasına səbəb olub..

Xatirladaq ki, Finlandiya, Brüssel, İsrail və Hindistanın bir neçə beyin mərkəzlərində araşdırmalar aparan hindistanlı tədqiqatçı Hriday Sarma, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində “Şimal-Cənub Nəqliyyat Dəhlizinin İnkişafı və Azərbaycan” mövzusunda tədqiqat həyata keçirib. O, bu mövzuda bir neçə məqalə hazırlayıb.

İngilis dilində hazırlanmış məqalə ilə aşağıdakı link vasitəsi ilə  tanış ola bilərsiniz :

http://www.azjess.com/en/international-north-south-transportation-corridor-azerbaijan-at-crossroads/

Gülnaz Qənbərli

Gununsesi.info